Naftalan şəhərində 20 Yanvar faciəsi ilə bağlı silsilə anım tədbirləri davam etdirilir.
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü münasibətilə Naftalan şəhərində silsilə anım tədbirləri davam etdirilir. 17 yanvar 2017-ci il tarixdə Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə 20 yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə S.Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırova açaraq qeyd etdi ki,“20 yanvar " Azərbaycan xalqının tarixinə yazılmış qəhrəmanlıq və şərəf səhifəsidir . Bu səhifəni şəhidlərimiz öz qanları ilə yazıblar. O şəhidləri yad etmək bizim hər birimizin borcudur.
20 Yanvar faciəsi ilə bağlı məktəbdə rəsm müsabiqəsi keçirilib,şagirdlərin ifasında öz şərəfli ölümləri ilə tarix yazmış qəhrəman Vətən övladlarına həsr edilmiş şeirlər səsləndirildi və qanlı Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirildi.