Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində 20 Yanvar faciəsi ilə bağlı silsilə anım tədbirləri keçirilir.

16 yanvar 2017 | 16:00

20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü münasibətilə Naftalan şəhərində silsilə anım tədbirləri keçirilir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 30 dekabr 2016-ci il tarixli 117 nömrəli Sərəncamı ilə təsdiq olunmuş  “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq sərəncam imzalanıb və tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən şəhərin idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin iyirmi yeddinci  ildönümü ilə bağlı anım tədbirləri keçirilir.
      O cümlədən, 16 yanvar 2017-ci il tarixdə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə 20 yanvar faciəsinin iyirmi yeddinci  ildönümünə həsr olunmuş  tədbir keçirilib.  Tədbiri giriş sözü ilə İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru  Faiq Rüstəmov açaraq bildirib ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətəndaşlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
    Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə ağrı və acı ilə xatırlanan gün deyil. 20 Yanvar günü xalqımızın milli suverenlik, azadlıq uğrunda yenilməz iradəsinin rəmzi,xalqımızın fəxarət və şərəf günü, tariximizin şanlı səhifəsidir.
     20 Yanvar faciəsi ilə bağlı məktəbdə inşa  və rəsm müsabiqəsi keçirilib,məktəbin foyesində faciəni əks etdirən foto-stend nümayiş  etdirilib və şagirdlərin 20 Yanvar faciəsi ilə bağlı hazırladığı kompozisiya nümayiş olunub.


 

Keçidlər