Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi Naftalan şəhər Nizami Gəncəvi adına Mərkəzi Kitabxanada qeyd olundu.
Nizami Gəncəvi adına Mərkəzi kitabxananın kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə "Dədə Heydər Atatürk" adlı dəyirmi masa keçirmişdir.
Tədbirdə Nizami Gəncəvi adına Mərkəzi kitabxananın kollektivi, Mədəniyyət və Turizm şöbəsinin nəzdində fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsini icra edən Tahirə Aslanova açaraq qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanan öndər kimi qalmış və əsrlər boyu da qalacaqdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun misilsiz xidmətləri olmuşdur.
Sonra kitabxananın direktoru N.Verdiyeva, baş kitabxanaçı T.İbadovaya, Heydər Əliyev Mərkəzinin direktoru E. Mansurov və başqaları ulu öndər haqqında öz ürək sözlərini söylədilər.