Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanlı şəhid Vaqif Bayramovun doğum günü anıldı.

26 dekabr 2016 | 16:00

25 dekabr 2016-cı il tarixdə Naftalan şəhər İcra Hakimiyyətinin və şəhər Gənclər və İdman idarəsinin təşkilatçılğı ilə torpaqlarımzın azadlğı uğrunda gedən aprel döyüşləri zamanı şəhid olmuş kapitan Vaqif Bayramovun doğum gününə  həsr edilmiş cüdo idman növü üzrə açıq şəhər birinciliyi keçirilib. Tədbir  Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması və Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər şəhid Bayramov Vaqif Dilqəm oğlunun keçdiyi həyat yolundan geniş söz açıblar.
     Sonra yarış iştirakçıları Naftalan şəhər Xatirə kompleksini və şəhidin qəbirüstü abidəsini ziyarət ediblər.
  Şəhidimizin xatirəsinin yad edilməsi məqsədilə təşkil edilmiş yarışda Naftalan, Gəncə, Mingəçevir, Sumqayıt şəhərlərindən, Tovuz, Şəmkir, Goranboy, Ağdam və Bərdə rayonlarından 100-dən çox idmançı öz qüvvəsini sınayıb.
    Yarışda komanda hesabında I yerə Naftalan şəhərinin, II yerə Goranboy rayonunun, III yerə isə Gəncə şəhərinin komandası çıxmışdır. Qaliblər diplom və medallarla təltif ediliblər.

Keçidlər