Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı şəhərdə aparılan abadlıq-quruculuq işlərinin gedişatı ilə bağlı əraziyə baxış keçirmişdir.

23 dekabr 2016 | 16:00

Azərbaycan Respublikası Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin reallaşması nəticəsində ölkənin bütün bölgələri kimi, Naftalan kurort şəhəri də sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar qazanmış, şəhərdə tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır.
       Şəhərdə başlanılan yenidənqurma işləri çərçivəsində artıq uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının fasadında və dam örtüyündə  aparılan əsaslı təmir işləri tam başa çatdırılmış, şəhərdaxili və binadaxili bütün kommunikasiya sistemləri yenisi il əvəz edilmişdir.  Ballıqaya-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə 6,4 kilometr uzunluğunda içməli su xətti çəkilərək istifadəyə verilmişdir. Hazırda şəhərin çoxmənzilli yaşayış binalarının həyətində və küçələrində bərpa və abadlıq işləri davam etdirilir. 
        Artıq şəhərin bir hissəsində yolların, səkilərin kənarlarına yeni səki və yol daşları düzülmüş, yeni asfalt örtüyü salınmışdır. Eyni zamanda  sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün mini istirahət parkları və piyada yolları yaradılmışdır. Yeni yaradılan parklarda besetkalar, basketbol, tenis və uşaq oyun meydançaları quraşdırlımışdır. Yaşıllıq salınan  əraziyə münbit torpaq daşınmış və yayılmışdır. Binaların qarşısında ümumilikdə 500-dən artıq çinar ağacı əkilmişdir.
       Hazırda anoloji işlər digər küçələrdə və çoxmənzilli yaşayış binalarının həyətində həyata keçirilir. İlk olaraq asfalt örtüyünün üst qatı qaşınaraq düzlənmiş, köhnə səki və yol  daşları sökülüb yenisi ilə əvəz olunmuşdur. Bu işlər başa çatdıqdan sonra yeni asfalt örtüyünün döşənməsinə başlanılacaqdır.
       Abadlıq-quruculuq və yenidənqurma işləri şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun  diqqət yetirdiyi məsələlərdəndir.  23 dekabr 2016-cı il tarixdə  şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov  şəhərdə aparılan abadlıq-quruculuq işlərinin gedişatı ilə bağlı əraziyə baxış keçirmiş, iş icraçılarına və digər xidmət təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıqlarını vermişdir.

Keçidlər