Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər Sukanal idarəsinin yeni inzibati binasının açılışı oldu.

21 dekabr 2016 | 16:00

     21 dekabr 2016-cı il tarixdə Naftalan şəhərində Sukanal idarəsinin inzibati binasının açılış mərasimi oldu.Tədbiri Naftalan Şəhər İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Möhübbət Bədəlov açaraq bildirdi ki, Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyə dəstəyi ilə Naftalan şəhərində görülən digər işlərlə yanaşı şəhər Sukanal idarəsi üçün 1600 kv.m ərazidə müasir tələblərə cavab verən yeni inzibati bina tikilmişdir. Ümumi sahəsi 400 kv.m olan  2 mərəbəli binada müasir tələblərə cavab verən iş otaqları və yardımçı otaqlar yerləşir.
       Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək qeyd etdi ki, Azərbaycan höküməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə Naftalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemi yenidən qurulması layihəsinin icrasına 2013-cü ilin əvvəlində başlanılmışdır. Layihə müvəffəqiyyətlə başa çatmış və Ballıqay-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə 6,4 kilometr uzunluğunda magistral su xətti çəkilmişdir. 2013-cü ilin sentyabr ayında cənab Prezident İlham Əliyevin iştirakı ilə Naftalan şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir.
     Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxış edərək bildirdi ki, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə Azərbaycanın kurort şəhəri olan Naftalanın su-kanalizasiya sisteminin tamamilə yenidən qurulması və şəhər əhalisinin daimi su ilə təmin olunması sevindirici haldır.
     Tədbirdə çıxış edən “Azərsu” ASC-nin sədr müavini “Birləşmiş Sukanal” MMC nin direktoru Etibar Məmmədov çıxış edərək bildirdi ki, Naftalan şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində Azərbaycan hökümətilə Yapaniya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə şəhərdə 36,8 kilometr içməli su şəbəkəsi yaradılmış,801 sayğac və 126 yanğın hidrantı quraşdırılmışdır.Eyni zamanda şəhərdə 1750 m uzunluğunda kanalizasiya kollektoru və 867 kanalizasiya quyusu inşa edilmişdir. Abonentlərin yeni yaradılmış kanalizasiya şəbəkəsinə qoşulması təmin edilmişdir.
      Şəhər ictimaiyyəti adından YAP Naftalan şəhər Təşkilatının sədri Hatəm Qocayev çıxış edərək şəhər əhalisini içməli su ilə təmin edən yeni qurğuların tikintisinə dəstək verən Azərbaycan hökümətinə və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinə minnətdarlığını bildirdi.
      Tədbir iştirakçıları və qonaqlar inzibati binada yaradılmış şəraitlə tanış oldular.

Keçidlər