Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Ümummilli liderin anım günü qeyd olundu.

12 dekabr 2016 | 16:00

  12 dekabr 2016-cı il tarixdə Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü  ildönümü ilə əlaqədar Naftalan şəhərində ümumşəhər tədbiri keçirilib. Şəhər sakinləri və ictimaiyyət nümayəndələri öncə dahi öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
      Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev tədbiri giriş sözü ilə açaraq Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb və onun Azərbaycan xalqının səadəti yolunda etdiyi fədəkarlıqlar  bir daha xatırlanıb.
      Daha sonra  şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək vurğulayıb ki,  indi Ulu Öndərin vəfatından 13 il ötsə də Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu lider  kimi həkk olunan bu dahi insan təkcə bizim yox, bütün dünya azərbaycanlılarının fəxrinə çevrilib  Azərbaycan xalqının xilaskarı kimi Ulu Öndərin hələ ötən əsrin 90-cı illərində atdığı qətiyyətli addımlar bütün dünyanın diqqətini Azərbaycana yönəltdi. Hələ uzun illər Ulu Öndərin irsi araşdırılacaq, onun Azərbaycan xalqının rifahı üçün həyata keçirdiyi genişmiqyaslı layihələr gələcək inkişaf üçün də yeni üfüqlər açacaqdır. Ulu Öndərimizin müəyyənləşdirdiyi strateji xətt bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
      Tədbir  məktəblilərin ifasında “ Həmişəyaşar dahi ” adlı kompozisiya ilə davam etmişdir.

Keçidlər