Naftalan şəhər Gənclər və İdman İdarəsinin kollektivi Heydər Əliyev Mərkəzini ziyarət edib.
09 dekabr 2016 | 16:00
09 dekabr 2016-cı il tarixdə Naftalan şəhər Gənclər və İdman İdarəsi və onun tabeliyində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin kollektivi Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə Naftalan şəhər Heydər Əliyev Mərkəzini ziyarət etdilər.Ziyarət çərçivəsində iştirakçılar ilk öncə ümummilli liderin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində ulu öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlarla yaxından tanış oldular.