Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni il axşamında Naftalanın otellərində boş yer qalmayacaq

09 dekabr 2016 | 16:00

Yeni ilin gəlməsinə bir neçə gün qalsa da, Naftalanın kurort-sanatoriya və otellərində nömrələrin əksəriyyəti yerli və xarici turistlər tərəfindən əvvəlcədən sifariş edilib. 
    Yeni il axşamını daha mənalı və yaddaqalan keçirmək istəyən turistlər Naftalan şəhərinin otel, kurort-sanatoriya mərkəzlərinin təşkil etdiyi əyləncəli proqramlara böyük həvəs göstərirlər. Şəhərdəki “Çinar” otelində 353, “Qarabağ” otelində 265 yerin hamısı qabaqcadan sifariş verilib. “Qaşaltı” otelində 342 yerdən 90 faizi isə sifariş əsasında tutulub.
    Yeni il axşamını Naftalandakı istirahət mərkəzlərində qarşılamaq istəyənlərin 40 faizi əsasən keçmiş sovet məkanı ölkələrindən olan turistlərdir. Həmçinin ərəblər və müxtəlif Avropa ölkələrindən olan xarici qonaqlar da Yeni il axşamını bu şəhərdə qarşılamağa üstünlük verirlər

Keçidlər