Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.
06 dekabr 2016-cı il tarixdə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Faiq Rüstəmov açaraq bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının formalaşmasında çox böyük xidmətləri olub. Heydər Əliyev elm-təhsilə daima diqqətlə yanaşıb, uşaqların savadlı böyümələri üçün əlindən gələni əsirgəməyib, eyni zamanda şagirdlər, müəllimlər Heydər Əliyev irsini öyrənərək özlərindən sonra gələn nəsilə öyrətməlidirlər. Qeyd etdi ki, hər birimiz peşəmizdən asılı olmayaraq bu amalla dahi liderimizin ruhu qarşısında vətəndaşlıq börcumuzu dövlətçiliyimizin qorunub saxlanılması istiqamətində fəaliyyətimizi davam etdirməliyik.
Daha sonra çıxış edən natiqlər qeyd ediblər ki, Ulu Öndərin hər iki hakimiyyəti dövründə Azərbaycanın çiçəklənməsində, müstəqilliyimizin qorunub saxlanılmasında, dünya Azərbaycanlılarının həmrəy olması yönümündə çox böyük xidmətləri olub. Bu gün Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu tarixi inkişaf yolunu layiqincə davam etdirir.
Tədbirdə Ulu Öndərə həsr edilmiş fotosərgi nümayiş etdirilmiş və məktəbin şagirdləri Ulu Öndərin xatirəsinə kompozisiya təşkil etmişlər.
Sonda məktəbin X-XI sinif şagirdləri arasında “Heydər Əliyev Azərbaycanın qurucusu və memarıdır” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri təltif edildi.