Naftalanda qış mövsümünə keçidlə əlqədar əhali istiliklə təmin olunur.
Naftalan şəhərində payız-qış mövsümünə hazırlıq işlərinə yay aylarından başlanılıb. Bununla əlaqədar Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən tədbirlər planı təsdiq edilmiş, konkret vəzifələr müəyyənləşdirilərək icra edilmişdir.
Naftalan İstilik İstismarı sahəsinin balansında olan bütün qazanxanalarda cari profilaktiki təmir işləri başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilmişdir. Eyni zamanda noyabr ayının əvvəlindən evlərə baxış keçirilmiş, hidravlik təzyiqlə xətlər yoxlanılmışdır.
Hazırda mərkəzləşdirilmiş qazanxanalar tam gücü ilə işləyir və əhali, məktəblər, körpələr evi-uşaq bağçası fasiləsiz olaraq istilik enerjisi ilə təmin olunur.
Qeyd edək ki, qış mövsümündə şəhər əhalisinin rahatçılığını təmin etmək məqsədilə son illər üç modul tipli qazanxana binası tikilmiş və hər biri müasir tipli avadanlıqlarla təchiz edilmişdir.
Şəhərdaxili və binadaxili 25788 p/m uzunluğunda yeni istilik xətti çəkilmişdir. 31 binada 1502 mənzilin hər bir otağına, otaqların ölçüsündən asılı olaraq yeni istilik qızdırıcaları quraşdırılmışdır.
Havaların soyuq keçməsinə baxmayaraq, qış mövsümündə Naftalan şəhərinin istiliklə təminatında heç bir problem yoxdur.