Gəncə “ASAN xidmət” mərkəzinin əməkdaşları tərəfindən Naftalan şəhərində vətəndaşlara səyyar xidmət göstərilib.
21 noyabr 2016 | 16:00
Naftalan şəhərində 07- 21 noyabr 2016-cı il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə “ASAN xidmət” mərkəzinin əməkdaşları tərəfindən vətəndaşlara səyyar xidmət göstərilib. Naftalan şəhərində səyyar “ASAN xidmət” vasitəsilə 1500-dən çox vətəndaşa səyyar formada xidmət göstərilib.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Ümumilikdə 30-a yaxın xidmət göstərilib.