“Çinar” və “Qarabağ” istirahət-sağlamlıq mərkəzləri Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək 24-cü “TTWarsaw 2016” səyahət sərgisində iştirak edəcəklər.
21 noyabr 2016 | 16:00
Naftalan Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığ ilə Naftalanda fəaliyyət göstərən “Çinar” və “Qarabağ” istirahət-sağlamlıq mərkəzləri noyabrın 24-26-da Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək 24-cü “TTWarsaw 2016” səyahət sərgisində iştirak edəcəklər.
Hər il ənənəvi olaraq keçirilən sərgidə 50-dək ölkədən turizm şirkətləri və otellər, həmçinin həmin ölkələrin regionları, rəsmi dövlət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.
Tədbirin keçiriləcəyi günlərdə 20 minədək insanın sərgini ziyarət edəcəyi gözlənilir.