Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanova Naftalana səfər edib.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə Naftalan şəhərində ictimai dinləmə keçirilmişdir.
İctimai dinləmədə şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, yerli icra və bələdiyyələrin, məhkəmənin, prokurorluq və daxili işlər orqanlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Naftalan şəhər İcra Hakimiyyətinin Başçısı Natiq Aslanov tədbiri giriş sözü ilə açaraq, Elmira xanım Süleymanovanı salamladı və bu ictimai dinləmənin əhəmiyyətini qeyd etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, Respublikamızda, o cümlədən Naftalan şəhərində sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını, yeni iş yerlərinin yaradıldığını və bu sahədə işlərin davam etdirildiyini bildirdi.
Sonda Müvəkkil şəhər İcra Hakimiyyətinin Başçısı Natiq Aslanov ilə birgə şikayətçiləri qəbul etdi, müraciətlərini dinlədi, onların məsələlərini öyrənərək müvafiq tapşırıqlar vermişdir. Bir sıra müraciətlər yerində həllini tapmış və ya səlahiyyətləri çərçivəsində araşdırılması üçün qəbul olunmuşdur.