Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan məktəblilərinin Quba, Qusar və Xaçmaz marşrutu üzrə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası başa çatdı.

16 noyabr 2016 | 16:00

12 noyabr 2016-cı il tarixdə Naftalan şəhərinin  ümumtəhsil məktəblərinin  şagirdlərindən ibarət qrup “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində start götürən növbəti maarifləndirici tur-aksiyaya qoşulublar. Şagirdlər Quba, Qusar və Xaçmaz marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak ediblər. İştirakçılar Quba rayonunda Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi, Quba xalçaçılıq emalatxanası, Tağlı Körpü, qolf meydançası ilə tanış olacaq, Qırmızı qəsəbəyə, Xınalıq yolundakı şəlaləyə, Qusar rayonunun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsinə və “Şahdağ” qış-yay turizm kompleksinə, Xaçmaz rayonunda isə Xalça muzeyinə, Şəxsiyyətlər muzeyinə və Çənlibel parkına ekskursiya ediblər. 15 noyabr 2016-cı il tarixdə Naftalan məktəblilərinin Quba, Qusar və Xaçmaz marşrutu üzrə tur-aksiyası başa çatdı.

 

Keçidlər