Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “16 noyabr - Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş tədbir keçirilib.

11 noyabr 2016 | 16:00

      11 noyabr 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “16 noyabr - Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş tədbir keçirilib.Tədbirdə şəhər İcra Hakimiyyətinin,şəhərin idarə, müəssisə, təşkilatlarının əmək kollektivlərinin,şəhər ictimaiyyətinin nümayəndələri və Gəncə Dövət Universitetinin Azərbaycan tarixi kafedrasının dossenti, tarix üzrə fəlsəfə doktoru  Cavid  Bağırzadə iştirak edib.
        Naftalan Şəhər İcra Hakimiyyəti aparatının  ərazi idareətmə və yerli özünüidarəetmə orqanları ilə işin aparıcısı-baş məsləhətçi Möhübbət Bədəlov tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki,“16 noyabr Beynəlxalq Tolerantlıq Günü”nü 1995-ci ildə UNESCO-nun 50 illiyi ilə əlaqədar keçirilən tədbirdə qəbul edilmişdir.Burada məqsəd dunyada hamını bir-birinə dözümlülük nümayiş etdirməyə ,mehriban qonşular kimi yaşamağa çağırış olmuşdur. Bu gün Azərbaycan dünyada tolerant ölkə kimi tanınır. Ölkəmiz bütün millətlərin, xalqların, dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı nadir ərazilərdən biridir.Azərbaycan dövləti bütün dünyaya göstərir ki, tolerantlıq xalqımızın ruhundadır. ölkəmizdə əhalinin çoxmillətli olması, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışı bir daha təsdiq edir ki, Azərbaycan tolerantlığın ən yaxşı məkanlarından biridir. Ulu öndər Heydər Əliyev multukultural dəyərləri çox yüksək səviyyədə qiymətləndirərək onun möhkəm siyasi, hüquqi bazasını yaradıb.
         Möhübbət Bədəlov vurğulayıb ki,  Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları beynəlxalq konfranslarda dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibətlərin və dialoqun gücləndirilməli olduğunu, din xadimləri ilə iftar süfrələrində iştirakı zamanı digər dini icmaların nümayəndələrinin də bu tədbirə qatılması ölkəmizdə tolerant düşüncənin tam bərqərar olmasını bir daha canlı-canlı dünyaya bəyan edir. Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan olunmuşdur. Ölkəmizin hər yerində olduğu kimi, bu gün Naftalan şəhərində də ictimai-siyasi və dini sabitlikdir.Tolerantlıqın xalqımızın həyatının əsas prinsiplərini tərənnüm edən silsilə tədbirlər hər bir təşkilatımızda, cəmiyətin ayrı-ayrı qruplarının arasında daima keçirilir. Bu gün də bu silsilə tədbir davam etdirilir    
        Tədbirdə “Azərbaycanda multukultural və talerant dəyərlər” mövzusunda geniş məruzə ilə çıxış edən dosent  Cavid  Bağırzadə bildirib ki, Azərbaycan tarixən tolerant və multikulturalist bir ölkə kimi tanınıb. Bu, bütün Türk dünyasının möhtəşəm abidəsi sayılan “Kitabi-Dədə Qorqud” dastanında da öz əksini tapıb. İslam dini də tolerantlıq və multikultural dəyərlərə böyük önəm verir. Tolerantlıq və multikulturalizm bir-biri ilə sıx bağlı olan anlayışlardır. Tolerantlıq dini dözümlülük, multikulturalizm isə çoxmədəniyyətlilik deməkdir. Tolerantlıq digər inanc və əqidələrə dözümlü yanaşmadır. Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlıdır. Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Tolerantlıq irqçiliyi, dini dözümsüzlüyü, terror və ekstremizmi birmənalı şəkildə qətiyyətlə rədd edir. Tolerant yanaşmanın zəif olması bu mənfi təzahürlərin güclənməsinə təkan verir. Buna görə də tolerantlıq və multikulturalizm hər bir cəmiyyət üçün çox vacib dəyərlərdir.    
       Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
   Tədbiri yekunlaşdıran M.Bədəlov tədbir iştirakçılarını “16 noyabr Beynəlxalq Tolerantlıq Günü” münasibətilə təbrik etdi.

Keçidlər