Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü qeyd olundu.

18 oktyabr 2016 | 16:00

     Naftalan şəhərində 18 oktyabr - Dövlət Müstəqilliyi günü münasibətilə ümumşəhər tədbiri keçirilib. Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri ilə yanaşı şəhər ictimaiyyəti də iştirak edirdi.
      Tədbir iştirakçıları öncə ulu  öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzmüşlər. Heydər Əliyev Mərkəzində davam edən tədbiri Yeni Azərbaycan Partiyasının Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev açaraq 18 oktyabr-Dövlət Müstəqilliyi gününün mahiyyətindən danışıb.
       Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək 18 oktyabr-Dövlət Müstəqilliyi günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Qeyd etdi ki, 2016-cı il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci beşinci ildönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlanmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdır. Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı. İyirmi beş illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan sözün əsl mənasında artıq tam müstəqil ölkədir.
       Daha sonra Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Sədrəddin Muradov “Dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyəti” mövzusunda çıxış etdi.

 

Keçidlər