Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr - Dövlət Müstəqilliyi günü münasibətilə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

17 oktyabr 2016 | 16:00

17 oktyabr 2016-cı il tarixdə İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Faiq Rüstəmov açaraq bildirmişdir ki, Azərbaycan bütün çətinliyə, 70 illik zülm və əsarətə baxmayraq 1991-ci ilin oktyabr ayının 18-də müstəqilliyini yenidən bərpa etmiş, özünün suverən dövlətini yaratmışdır. Ancaq zamanın axarı ölkəmizi daha böyük sınağa çəkdi. Çətinliklər bahasına əldə etdiyimiz müstəqilliyimiz daxili çəkişmələr və xarici qüvvələrin müdaxiləsi nəticəsində təhlükə ilə üz-üzə qalmışdı. Böyük siyasi təcrübəyə malik olan Ümummilli Lider Heydər Əliyevin ölkədə  hakimiyyətə qayıdışı ilə bu təhlükə tamamilə sovuşdu.
  Tədbirdə məktəbin  VI, VII sinif şagirdlərinin ifasında Milli Müstəqillik gününə həsr edilmiş kompozisiya nümayiş etdirildi.
  Məktəbin foyesində şagirdlərin Milli Müstəqillik gününə həsr edilmiş əl işləri və rəsmlərdən ibarət sərgi təşkil edilmişdir. 

Keçidlər