Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə silsilə tədbirlər davam etdirilir.

17 oktyabr 2016 | 16:00

 17 oktyabr 2016-cı il tarixdə Naftalan şəhər Mərkəzi xəstəxanasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naftalan şəhər  Mərkəzi Xəstəxanasının baş həkimi Fazil İsmayılov  açaraq qeyd etdi ki, Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli  rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 
        Eyni zamanda  tədbirdə çıxış edən xəstəxananın həkim-terapevti İlhamə Hüseynova  25 il ərzində qazanılan uğur və nailiyyətlərin tarixi əhəmiyyətindən danışaraq tədbir iştirakçılarını təbrik etdi.

Keçidlər