5 Oktyabr- Beynəlxalq müəllimlər günü Naftalan şəhərində qeyd olunub.
Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə 5 oktyabr -Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyəti aparatının məsul işçiləri, təhsil, mədəniyyət işçiləri və müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə 1 nömrəli tam orta məktəbin direktoru Faiq Rüstəmov açaraq əlamətdar gün münasibətilə müəllim kollektivini təbrik etmiş, onlara çətin və şərəfli peşələrində uğurlar arzulamışdır. Şəhər İcra Hakimiyyətinin məsul işçisi Cəmilə Məmmədova çıxış edərək təhsil işçilərinə peşə bayramı münasibətilə şəhər İcra Hakimiyyətinin Başçısı cənab Natiq Aslanovun təbrikini çatdırmış, onlara yeni tədris ilində müvəffəqiyyətlər arzulamışdır. Çıxış edən şəhər Təhsil Şöbəsinin müdir əvəzi Rəna Dəmirova müəllimlər gününün ümumdünya səviyyəsində qeyd olunduğunu, hazırda dünyanın 100-dən çox ölkəsində və eləcə də Azərbaycanda 5 oktyabr gününün təntənəli qeyd edildiyini kollektivin və qonaqların nəzərinə çatdırmış, Naftalan təhsilinin uğurlarında müəllimlərin xüsusu rolunun olduğunu vurğulamışdır. R.Dəmirova qeyd etmişdir ki, müəllimlərin əməyi ölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirir və bunun bariz nümunəsi Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında imzaladığı 4 oktyabr 2016-cı il tarixli Sərəncamıdır. Belə ki, həmin Sərəncamla Naftalan şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Muradov Sədrəddin Murad oğlu “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və şəhər Təhsil şöbəsi tərəfindən təhsildə xüsusi nailiyyətlərinə görə fərqlənən müəllimlər təltif edilmişdir. Tədbir şəhər Uşaq Musiqi məktəbinin kollektivinin hazırladığı müsiqili əyləncə proqramı ilə davam etdirilmişdir.