Ümumtəhsil məktəblərinin pedoqoji kollektivi “Heydər Əliyev və Azərbaycan təhsili“ mövzusunda konfrans keçirmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə ümumtəhsil məktəblərinin pedoqoji kollektivi “Heydər Əliyev və Azərbaycan təhsili“ mövzusunda konfrans keçirmişdir.
Konfransı giriş sözü ilə açan şəhər Təhsil şöbəsinin müdiri İlqar Əsgərov öz çıxışında ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan, milli mənəvi dəyərlərimizin qorunmasında əvəzsiz töhvələrindən bəhs etmiş, ulu öndəri Azərbaycan xalqının bütün tarixi ərzində yetişdirdiyi ən qüdrətli şəxsiyyət kimi qiymətləndirmişdir.
Daha sonra müəllimlər öz çıxışlarında ümummilli lider Heydər Əliyevin uzaqgörənlik və müdrikliklə ölkəmizdə apardığı islahatlar barədə məlumat vermişlər.
Konfransın sonunda şagirdlər maraqlı əbədi-bədii kompozisiya ilə çıxış etmişlər.