Şriftin ölçüsü :

Saytın rəngi :

5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olunub

05 oktyabr 2026 | 16:50

Naftalan Şəhər İcra Hakimiyyətində “5 oktyabr - Beynəlxalq  Müəllimlər Günü” ilə bağlı tədbir keçirilib. Tədbirdə ŞİH-nin başçısı Məmmədiyə Məmmədov, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri, təhsil işçiləri və məsul əməkdaşlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan ŞİH-nin başçısı Beynəlxalq  Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edərək bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev elm və təhsilin inkişafını daim diqqət mərkəzində saxlayaraq Ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edir. Həmçinin, bu sahənin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi vurğulayaraq Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın  tapşırıq və göstərişləri ilə reallaşdırılan kompleks tədbirlər nəticəsində böyük uğurlar əldə olunduğunu qeyd etmişdir.

Digər natiqlər təhsillə bağlı görülən işlərdən söz açıb, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülmüş mühim işləri qeyd ediblər.

Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən bir qrup təhsil işçiləri fəxri fərmanlarla təltif olunub.

Keçidlər