5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günüdür
Naftalan Şəhərində 5 iyun - Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Naftalan ŞİH başçısının müavini, ŞİH başçısı səlahiyyətlərini m.i.e Arzu Məmmədov, Naftalan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Xaqani Vəliyev və idarənin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbirdə Arzu Məmmədov çıxış edərək, su təsərrüfatı işçilərini təbrik edib onlara gələcək işlərində uğurlar arzulayıb. Eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında rolunu xüsusi vurğulayıb.
Sonda bu sahədə fərqlənən işçilər Naftalan Şəhər İcra Hakimiyyəti və Naftalan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Təşəkkürnamələrlə təltif olunublar.















