“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Naftalan şəhər şöbəsi qadın seçicilərlə görüş keçirib.
Sentyabrın 16-da “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Naftalan şəhər şöbəsi qadın seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan YAP Qadınlar Şurasının sədri Afət Cabbarova Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib. O, əmin olduğunu söyləyib ki, ölkə vətəndaşları, o cümlədən qadınlar sentyabrın 26-da Referendum Aktına səs verəcəklər. Afət Cabbarova bu prosesdə Naftalan şəhər qadınlarını da fəal olmağa çağırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin ölkəmizin və xalqımızın inkişafına xidmət etdiyini deyən A.Cabbarova Konstitusiya islahatlarının dövlətçiliyimizin daha da güclənməsinə səbəb olacağını vurğulayıb.
Tədbirdə çıxış edən Qadınlar Şurasının üzvü Cəmilə Məmmədova Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu deyib. O bildirib ki, qadınlar dövlət idarəçiliyində təmsil olunur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışan C.Məmmədova bildirib ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: “Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir.Sonda vurğulandı ki, Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı öz fəallığı ilə fərqlənəcək və Naftalan seçiciləri referenduma "HƏ" deyəcək.