Şriftin ölçüsü :

Saytın rəngi :

Cüdoçularımız Respublika Olimpiya İdman Liseyinə qəbul olublar.

08 sentyabr 2016 | 16:00

  Naftalan şəhər Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman məktəbinin cüdo bölməsinin yetirmələri Aslanov Hüseyn Rauf oğlu və Qurbanov Sadiq Nadir oğlu Respublika Olimpiya İdman Liseyinin 2016-2017-ci tədris ili üçün elan etdiyi şagird qəbulu müsabiqəsinə əsasən liseyin V sinifinə qəbul olunmuşlar.
      1963-cü ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Respublika idman təmayüllü orta ümumtəhsil internat məktəbi adı altında yaradılan və indi isə Respublika Olimpiya İdman Liseyi adlandırılan bu təhsil ocağının yetirmələri son illər Avropa , dünya və Olimpiya yarışlarında mükafata layiq yerlər tutan, bayrağımızı ən yüksəyə qaldıran və dövlət himinimizin səsləndirilməsinə nail olan idmançılardır. Bizdə gələcəkdə idmançılarımızın bu təhsil ocağının digər yetirmələri kimi nailiyyətlər əldə etməsini və bayrağımızı mötəbər idman yarışlarında ən yüksəyə qaldırmalarını arzulayırıq. Naftalan şəhər Gənclər və İdman idarəsinin rəhbərliyi idmançılarımızın belə bir təhsil ocağına qəbul olunmasında və cüdo idman növünün şəhərimizdə inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə UGİM-in cüdo bölməsinin məşqçi müəllimi Əliyev Fuad Fazil oğluna təşəkkür edir.

Keçidlər