Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda təhsil işçilərinin sentyabr konfransı keçirilib.

05 sentyabr 2016 | 16:00

    Konfransda Naftalan  Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Rəna Dəmirovanın “2015-2016-cı tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib. 2015-2016-cı dərs ili ərzində şəhər Təhsil Şöbəsi, o cümlədən şəhərin təlim-tərbiyə müəssisələrinin fəaliyyətinin yekunu bütün istiqamətlərdə təhlil edildi, 2016-2017-ci dərs ili üçün fəaliyyət istiqamətləri müəyyənləşdirildi. 2015-2016-cı tədris ilini şəhər ümumtəhsil məktəblərində 355 nəfər “4-5” qiymətlərlə (32%), 481  nəfər isə “əla” qiymətlərlə (43%) oxumuşdur.
        2015-2016-cı  tədris  ilində  yekun  nəticəyə  əsasən  imtahanda  iştirak edənlərin 71 nəfəri (100%) ümumi orta təhsil haqqında şəhadətnamə, 35 nəfəri də (100%) tam orta təhsil haqqında attestat almışlar. 2016-cı ildə şəhərimizin məzunlarından 29 nəfəri respublikamızın müxtəlif ali məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermişdir. İmtahanın nəticələrinə görə 13 məzun   ali  məktəb  tələbəsi  adını  qazanmışdır. Məzunlardan 1 nəfəri 500-dən yuxarı, 4 nəfəri 400-dən yuxarı, 6 nəfəri isə 300-dən yuxarı bal toplamışdır.
     Təbii ki, bu uğurlar təkcə məzunlarımızın deyil, həm də öz işinə məsuliyyətlə yanaşan müəllimlərimizin zəhmətinin nəticəsidir. Müəllimlərimizin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir.
       İ.Nəsimi adınan 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Namazova Tərlan Bəşir qızı Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrinə əsasən “Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi” döş nişanı, S.Vurğun adına 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qasımova Fatma Əziz qızı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif olunmuşlar.Məruzə ətrafında müzakirələrdə şəhər İcra Hakimyyətində  ictimai- siyasi və humanitar məsələlər üzrə işin aparıcısı baş məsləhətçi Afət Mustafayeva , şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırova, Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbin direktoru Ulduz Mayılova və b. çıxış ediblər.
      Konfransda çıxış edən Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunda şöbə müdiri İlham Cavadov  yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıb. Naftalan Şəhər İcra Hakimiyyətində ictimai- siyasi və humanitar məsələlər üzrə işin aparıcısı baş məsləhətçi Afət Mustafayeva  yeni dərs ilinin başlanması və qarşıdan gələn Bilik Günü münasibətilə təhsil işçilərini təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıb..
         Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Keçidlər