Şriftin ölçüsü :

Saytın rəngi :

“Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən “Dini radikalizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği” mövzusunda tədbir keçirilib.

04 avqust 2016 | 16:00

 04 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi “Dini radikalizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği”  mövzusunda həyata keçirdiyi layihə çərçivəsində Naftalan şəhərində tədbir keçirib.
     Layihənin əsas məqsədi gənclərin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğ olunması, gələcək nəsillərə çatdırılması istiqamətində gənclərin maarifləndirilməsinə yönəlmişdir.
     Tədbirdə  “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin fəalları və könüllüləri ilə bərabər Naftalan Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri-Dini qurumlarla işin təşkilatçısı Habil Abdullayev,  Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının Gənclər Birliyinin sədri Aynurə Novruzova, Naftalan Şəhər Gənclər və İdman idarəsinin nümayəndələri, Azərbaycan Respublikasının Dini Qurumlarla  İş üzrə Dövlət Komitəsinin Gəncə  Regional şöbəsinin əməkdaşları,  gənclər və ziyalılar iştirak edirdilər.
   Tədbiri Naftalan Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri Habil Abdullayev açaraq qonaqları təqdim etdi. Daha sonra çıxış edən “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin sədr müvaini Zahid Əkbərov layihənin məqsədi haqqında geniş məlumat verdi. Zahid Əkbərov və daha sonra çıxış edən natiqlər dini radikalizmin yaranma səbəbləri, onların törətdiyi fəsadlar, gənclərin bu radikal cərəyanlara cəlb edilməsi, bunların qarşısının alınması yollarından, gənclərimizin milli-mənəvi, əxlaqi dəyərlərlə, vətənə, torpağa sevgi ruhunda tərbiyə olunmasının vacibliyindən danışaraq bu sahədə maarifləndirici tədbirlərin aparılmasının əhəmiyyətini qeyd etdilər.
   Tədbirdə, həmçinin iştirakçılara maarifləndirici materiallar paylanıldı. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Fitnə” filmi nümayiş etdirildi və bütün tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
     Tədbirin sonunda layihə iştirakçılarına Sertifikatlar təqdim edildi.

Keçidlər