Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan idmançılarının qələbəsi

01 avqust 2016 | 16:00

26-28 iyul 2016-cı il tarixlərdə Sindo-ryu və Pençak silat Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində keçirilən Beynəlxalq turnirdə Naftalan şəhər idmançıları da iştirak etmişlər. Yarışa qatılan idmançılarımızdan Qasımov Məhərrəm Asif oğlu 9-10 yaş arasında 24 kq çəki dərəcəsində I yeri, İsayev Elmin Elşən oğlu 11-13 yaş arasında 32 kq çəki dərəcəsində I yeri, Səfərov Şamil Vasif oğlu 11-13 yaş arasında 28 kq çəki dərəcəsində II yeri tutmuşdur. İdmançılarımızı qələbələri münasibətilə təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

Keçidlər