Şriftin ölçüsü :

Saytın rəngi :

Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in Naftalan şəhərində olmuşdur.

03 may 2013 | 15:00

“Kəhriz bərpası layihəsi” ilə əlaqədar  Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri  Çoi Suk-inin başçılığı ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi cənab Serhan Aktoprak və bir qrup nümayəndə heyəti, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin əməkdaşı Aqşin Əliyev və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin mühəndisi Rəvan Mehdiyev 1 may 2013-cü il tarixdə Naftalan şəhərində səfərdə olmuşlar.
       2 may 2013-cü il tarixdə nümayəndə heyəti Naftalan şəhər İcra Hakimiyyətində şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovla  görüşmüş, daha sonra isə “Kəhriz bərpası layihəsi” çərçivəsində  şəhərdə bərpa edilmiş Çəkil kəhrizinə  baxış keçirilmişdir.

Keçidlər