Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Naftalan şəhərinə səfər edib.
10 iyul 2016 | 16:00
Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Ramazan bayramı münasibətilə Naftalan şəhərinə səfər edib. İlk olaraq Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, abidənin önünə gül-çiçək dəstələri qoyulub.
Səfər çərçivəsində Kamal Abdullayev Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədovla birlikdə Cümə məscidində olub.Dindarlarla söhbət edilib, onlara Dövlət Müşaviri tərəfindən mültikulturalizmlə bağlı kitablar və jurnallar təqdim olunub.