Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Avtovağzal Otel Kompleksində tikinti işləri davam etdirilir

04 iyul 2016 | 16:00

   Naftalan şəhərində beynəlxalq standartlara uyğun inşa olunan yeni Avtovağzal Otel Kompleksində tikinti işləri davam etdirilir.
       Qeyd edək ki, 10 mərtəbəli, 42 otaqdan ibarət binada avtovağzal kompleksi, ticarət mərkəzləri, otel nömrələri, admistrativ ofis hissə, geniş restoran və mətbəx fəaliyyət göstərəcək.
    Avtovağzal kompleksinə holl, kassalar, kafe, saxlama kameraları, dükan və sanuzellər daxildir. Restoran və mətbəx II mərtəbədə yerləşəcək. Otel nömrələri III mərtəbədən başlayacaq.
      Tikinti işlərinə 2014-cü il may ayında başlanılıb.

 

Keçidlər