Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində «Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün regionlarda təbliği» ilə bağlı seminar keçirilib.

21 iyun 2016 | 16:00

21 iyun 2016-cı il tarixdə Regional İnsan Hüquqları və Media Mərkəzi «Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün regionlarda təbliği» ilə bağlı Naftalan şəhərində seminar keçirib.
      Tədbiri giriş sözü ilə açan Naftalan Şəhər İcra Hakimiyyətinin hüquqşünası  Şahmar Ədilov tədbir iştirakçılarını salamlayaraq “Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün regionlarda təbliği” layihəsinin əhəmiyyətindən danışıb.
    Seminarda daha sonra çıxış edən təşkilatın sədri Xalid Kazımov layihənin məqsədi barədə iştirakçılara məlumat verib: “Layihənin məqsədi respublikamızda Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) yeni standarta uyğun açıqlanan illik hesabat məlumatlarının region əhalisinə çatdırılması, MHŞT-nin mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini üçün əhalinin maarifləndirilməsi və MHŞT-nin tətbiqi sahəsində vətəndaş cəmiyyəti iştirakçılığının gücləndirilməsidir. Layihə çərçivəsində təşkilat MHŞT-nin mahiyyəti, vətəndaşların MHŞT ilə bağlı məlumatları əldə edə bilmələri üçün mövcud olan elektron resurslar, şirkətlərin sosial məsuliyyəti ilə bağlı məlumatların əks olunduğu buklet hazırlanıb. Bu seminarlar da həmin tədbirlərin davamı kimi nəzərdə tutulub. Məqsədimiz həm də region sakinləri ilə birbaşa təmas quraraq onları bu mövzuda maraqlandıran sualları cavablandırmaqdır”.
       Daha sonra tədbirdə İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Şura üzvü, Çoxtərəfli qrup üzvü Azər Mehtiyev çıxış edib. Məruzəçi seminar iştirakçılarına MHŞT-nin mahiyyəti, vətəndaşların MHŞT ilə bağlı məlumatları əldə edə bilmələri üçün mövcud olan elektron resurslar, şirkətlərin sosial məsuliyyəti ilə bağlı məlumat verib.
       Daha sonra ekspert Azərbaycanın açıqladığı MHŞT hesabatlarında əks olunan məlumatlar, həmin məlumatlardan sadə insanların faydalana bilmək imkanları, bu sahəyə ictimai nəzarətin təmin olunmasında region sakinlərinin rolu barədə iştirakçilara məlumat verib.
     Sonda isə seminar iştirakçılarının sualları cavablandırılıb.

Keçidlər