Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı tədbir keçirilib.

11 iyun 2016 | 16:00

11 iyun 2016-cı il tarixdə Naftalan şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə tədbir keçirilib. Tədbirdə şəhər icra hakimiyyətinin, icra nümayəndəliklərinin, məhkəmə, polis, prokurorluq orqanlarının, dairə seçki komissiyası və bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, fəal gənclər, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.
      Tədbiri Naftalan  Şəhər  İcra Hakimiyyətinin Başçısı Natiq Aslanov  açaraq insan hüquqlarının müdafiəsinin vacibliyini və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) əhəmiyyətini qeyd edərək, şəhərdə  bu sahədə görülən işlərlə bağlı ətraflı məlumat vermiş, vətəndaşların mərkəzdə və kəndlərdə səyyar qəbulu, onların hüquqlarının təmini haqqında danışmışdır.Həmçinin Natiq Aslanov qeyd etmişdir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin elektron poçt ünvanı (mail@naftalan-ih.gov.az) vasitəsilə vətəndaşların müraciətləri qəbul edilir və araşdırılaraq cavablandırılır.
       Tədbirdə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq əsas vəzifələrdən biridir. Bu məqsədlə yuxarda qeyd olunan dövlət proqramı uğurla həyata keçirilir. Natiq eyni zamanda bu işin daha da yaxşılaşdırılmasının vacibliyini vurğuladı.
     Tədbirdə  şəhər polis şöbəsinin rəisi və Goranboy rayon Prokurorluğunun nümayəndəsi çıxış edərək insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə  yığıncaq iştirakçılarına məlumat verdilər. Daha sonra ictimaiyyətin fəal iştirakı  müzakirələr aparılıb.
     Tədbirin sonunda Elmira Süleymanova bir daha tədbir iştirakçılarına insan hüquqları ilə əlaqədar Milli Fəaliyyət Proqramının bundan sonra da ardıcıl olaraq  həyata keçirilməsinin vacibliyini çatdırdı və tədbiri bağlı elan etdi. Şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov bu vacib tədbirin Naftalan şəhərində  keçirildiyi üçün Ombudsman Elmira xanım Süleymanovaya  öz təşəkkürünü bildirdi.

Keçidlər