Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Əmək yarmarkası” təşkil olunub.

10 iyun 2016 | 16:00

      10 iyun 2016-cı il tarixdə  tarixdə Naftalan şəhər ƏSMM-nin inzibati binasında  şəhər İcra Hakimiyyətinin və Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə  iş axtaran şəhər sakinlərinin müvafiq  iş yeri tapmaq və ya ictimai ödənişli işlə təmin olunma imkanı əldə etmələri məqsədilə  “Əmək yarmarkası” keçirilib.
      Yarmarkada 10-ü dövlət, 3-u isə qeyri-dövlət olmaqla şəhərdə fəaliyyət göstərən 13 idarə və təşkilatdan 97 boş iş yeri təqdim olunmuşdur. 150 nəfər işaxtaran şəhər sakini iştirak etmiş, onlardan 30 nəfərinə daimi işlə təmin olunmaları üçün göndəriş verilmişdir.
       Yarmarkada Dövlət Məşğulluq Xidmətinin məsul işçisi Xətai Mehralıyev də  iştirak edib.
                      

Keçidlər