Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş İsa Məmmədovun xatirəsinə həsr edilmiş Yunan-Roma güləşi üzrə açıq şəhər birinciliyi keçirilib.

06 iyun 2016 | 16:00

  04-05 iyun 2016-cı il tarixlərdə Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş İsa Məmmədovun xatirəsinə həsr edilmiş Yunan-Roma güləşi üzrə 2002-2003-cü il təvəllüdlü idmançılar arasında açıq şəhər birinciliyi keçirilib. Yarışdan öncə yarış iştirakçıları Heydər Əliyev parkında ulu öndər Heydər Əliyevin abidəsini və Naftalan şəhər Xatirə kompleksini ziyarət ediblər.Şəhidimizin xatirəsinin yad edilməsi, şəhərdə bədən tərbiyəsi və idmanın rolunun artırılması və yunan-roma güləşi idman növünün inkişaf etdirilməsi məqsədilə təşkil edilmiş yarışda 8 komandadan 160 idmançı öz qüvvəsini sınadı. Qarşılıqlı hörmət və anlaşma şəraitində keçən yarışda komanda hesabında I yerə Gəncə şəhərinin komandası, II yerə Naftalan şəhərinin komandası, III yerə Goranboy rayonunun komandası çıxmışdır.

Keçidlər