Şriftin ölçüsü :

Saytın rəngi :

İstedadlı şagirdimiz mükafatlandırılıb.

02 iyun 2016 | 16:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil etdiyi "İstedadlı uşaqlar-2016" festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə şəhər və regionlardan 250-yə yaxın uşaq, o cümlədən xüsusi qayğıya ehtiyacı olan və Azərbaycanda yaşayan bütün xalqları təmsil edən uşaqlar iştirak ediblər. Festivalda şəhərimizi  Naftalan şəhər  Uşaq Musiqi məktəbinin  fortepiano  şöbəsinin  f-no ixtisası  üzrə  II sinif  şagirdi “Təhlil  və  ifa edir  gənc  musiqiçilər”  III  Respublika  müsabiqəsi  laureatı  Məmmədli  Brilyant  İsmayıl qızı  təmsil edib. B. Məmmədli  "İstedadlı uşaqlar-2016" festivalında diplomla təltif olunub.
          Həmçinin tədbirdə 2015-ci və 2016-cı illərdə uğur qazanmış uşaqların fəaliyyətini özündə əks etdirən “İstedadlı uşaqlar-2016” filminin təqdimatı olub.
         Mərasimdə elm, təhsil, yaradıcılıq, incəsənət və idman sahələrində Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil edib qalib gəlmiş uşaqlar mükafatlandırılıblar. Qaliblərə “Azərbaycanın gələcəyi” kuboku, diplomlar və hədiyyələr təqdim olunub. Milli Məclisin deputatlarının, dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbir konsert proqramı ilə davam edib.

Keçidlər