Şəhər İcra Hakimiyyətinin başçısı çoxmənzilli yaşayış binalarının girişində aparılan təmir işlərinin gedişi ilə tanış olub.
31 may 2016 | 16:00
Naftalanda başlanılan yenidənqurma işləri çərçivəsində artıq uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının fasadında və dam örtüyündə aparılan əsaslı təmir işləri tam başa çatdırılmışdır. Şəhərdaxili və binadaxili bütün kommunikasiya sistemləri də yenisi il əvəz edilmişdir. Həmçinin şəhərin bir hissəsində çoxmənzilli yaşayış binalarının həyətində və küçələrdə bərpa və abadlıq işləri də yekunlaşdmışdır.
Hazırda çoxmənzilli yaşayış binalarının giriş və mərtəbələrində təmir işləri aparılır.
Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov aparılan bu işlərə yerində baxış keçirmiş, iş icraçılarına və digər məsul şəxslərə müvafiq tapşırıqlarını vermişdir.