Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “İnsan hüquqlarının müdafiəsində multikultural dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

25 may 2016 | 16:00

25.05.2016-cı il tarixdə Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Naftalan şəhərində Naftalan Şəhər İcra Hakimiyyətinin, şəhər  fəallarının, gənclərin, dini icma nümayəndələrinin, bələdiyyə üzvlərinin, QHT nümayəndələrinin, yerli KİV  iştirakı ilə  Müvəkkil tərəfindən elan edilmiş İnsan Hüquqları Aylığı çərçivəsində “İnsan Hüquqları və Multikultural dəyərlər” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
       Tədbiri giriş sözü ilə açan Naftalan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Mustafayeva Afət Şamil qızı multikulturalizmin əhəmiyyətini vurğulamış, bu mövzuda keçirilən tədbirə görə Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşlarına təşəkkürünü bildirmişdir.
          Tədbir iştirakçılarını qarşıdan gələn 28 may Respublika Günü münasibətilə təbrik  edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan hüquqları aylığı keçirilir. Həmçinin 2016-cı il ölkəmizdə multikulturalizm ili elan edilmişdir. Bu baxımdan insan hüquqlarının xüsusilə də multikulturalizm aspektindən təbliğ edilməsi böyük əhəmiyyət kəsb etməkdədir. Tədbirdə insan hüquqlarının mahiyyəti, beynəlxalq və ölkədaxili standartlar barədə ətraflı məlumatlar verilməklə yanaşı, ölkəmizin tarixən multikultural və insan hüquqlarına hörmətlə yanaşılanan bir ölkə olması, insanların hər hansı ölkədə, coğrafiyada yaşamasından asılı olmayaraq irqindən, dilindən, dilindən, dərisinin rəngindən rəngindən asılı olmayaraq hər kəsin adət-ənənəsinə, inancına, mədəniyyətinə hörmətlə yanaşmağın, dözümlülük nümayiş etdirməyin multikulturalizmin əsas mahiyyətinin olması vurğulanmışdır.
         Tədbirdə həmçinin  İnsan hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının davamı olaraq ölkə Prezidenti Cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”-nın  insan hüquqlarının müdafiəsi sahəsində yeni istiqamətlər müəyyən etdiyini, bu proqramın olduqca məzmunlu, insan hüquqlarının inkişafına təkan verəcək əhatəli və nümunəvi sənəd olması tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.

Keçidlər