Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının baş prokuroru Goranboyda vətəndaşları qəbul edəcək

18 may 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov mayın 20-də saat 11:00-da Goranboy Rayon Prokurorluğunun inzibati binasında Gəncə və Naftalan şəhərində, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər, Xocalı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
          Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
          Qəbula yazılmaq üçün Goranboy rayon Prokurorluğuna müraciət edilməlidir

Keçidlər