Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda şəhidin medalı ailəsinə təqdim edilib

17 may 2016 | 16:00

Talış kəndi ərazisindəki adsız yüksəkliklərin alınması uğrunda gedən döyüşlər zamanı şəhid olmuş Naftalan şəhər sakini Bayramov Vaqif Dilqəm oğlunun təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə” görə 3-cü dərəcəli medalı  ailəsinə təqdim olunub. Medal şəhidin azyaşlı oğlu Ümid Bayramlıya təqdim edilib. Medalın təqdimetmə mərasimində Naftalan  şəhər İcra Hakimiyyəti başçısı Natiq Aslanov, Müdafiə Nazirliyinin əməkdaşı Rasim Əliyev, şəhid ailəsinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
       Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov Naftalanlı şəhid, kapitan Bayramov Vaqif Dilqəm oğlunun Azərbaycan ordusunun təmas xəttində göstərdiyi şücaətlərdən danışıb və  şəhidin valideynlərinə,  yaxınlarına dərin hüznlə baş sağlığı verib.
.

Keçidlər