Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnir başa çatdı.

10 may 2016 | 16:00

Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının  və  şəhər  Gənclər  və İdman idarəsinin təşkilatçılığı  ilə  idarə, müəssisə və təşkilatlar arasında  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə  təşkil olunmuş mini-futbol turnirinin 10 may 2016-cı il tarixdə final görüşü keçirilib.
     Ulu öndərin anadan olmasının 93-cü ildönümünün qeyd edilməsi, gənclərdə yoldaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə keçirilən yarışda I yeri Naftalan şəhər Uşaq-Gənclər İdman Məkətbinin komandası, II yeri Naftalan şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin komandası, III yeri "Qarabağ SPA and Resort" otelin komandası qazanmışdır.
      Finalda yer tutmuş komandalara  fəxri fərman və  kubok verilib.

Keçidlər