Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq musiqi məktəbində “Ömrün Heydər zirvəsi” adlı tədbir keçirildi.

07 may 2016 | 16:00

Naftalan şəhər uşaq musiqi məktəbində Ulu öndər Heydər Əliyevin  93-cü il dönümünə həsr edilmiş “Ömrün Heydər zirvəsi” adlı tədbir keçirildi.
        Tədbiri  məktəbin direktoru Almaz Əliyeva açaraq Ulu Öndər Heydər Əliyevin  Azərbaycan xalqına  verdiyi əvəzsiz töhvələrdən,  Azərbaycan mədəniyyətinə  və incəsətəinə göstərdiyi əvəzsiz xidmətlərindən danışdı. Sonra məktəbin uşaq xor kollektivinin ifasında Azərbaycanın himni səsləndirildi. Məktəbin xalq çalğı alətləri və “Cəngi” qarmonçalanlar ansamblının, kiçik və böyük yaş qrupu üzrə xor kollektivinin, rəqs qruplarının çıxışı, fortepiano, qarmon, tar, kamança, violin, saz alətləri üzrə fərdi ifalar dinləyicilər tərəfindən maraqla qarşılandı.
         Tədbir ümumilli lider, xalqımızın sevimlisi, dünya azərbaycanlılarının himayədarı və əbədiyaşar öndərimiz Heydər Əlirza oğlu Əliyevin haqqında yazılmış  şeirlərlə sona çatdı.

Keçidlər