İqtisadiyyat naziri Naftalanda vətəndaşları qəbul edəcək
Mayın 7-də iqtisadiyyat naziri Şahin Mustafayev Naftalan şəhərində Tərtər, Goranboy rayonlarından və Naftalan şəhərindən olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsi 1) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21- 05), (055) 257- 60- 90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Çağrı Mərkəzi, Nazirliyin Gəncə-Qazax regional bölməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, (050) 395 91 97, elektron poçt ünvanı:arzu.haciyev@economy.gov.az ) vasitəsilə müraciət edə bilərlər.