Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərinin ümumtəhsil məktəblərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

05 may 2016 | 16:00

04-05 may 2016-ci il tarixlərdə  şəhərin ümumtəhsil orta məktəblərində pedaqoji kollektivin və şagirdlərin iştirakı ilə silsilə tədbirlər  keçirilib.
    Tədbirdə çıxış edənlər zəngin və mənalı həyat yaşamış Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin hər kəs üçün örnək olduğunu bildirib. Məhz onun qətiyyəti, əzmkarlığı sayəsində Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxladığı və inkişaf etdirdiyi vurğulanıb. Ümummilli Liderin əsasını qoyduğu uğurlu sosial-iqtisadi xəttin hazırda cənab Prezident  İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyi bir daha qeyd edilib.
   Tədbirlərdə şagirdlər Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Əbədiyyətə qovuşan ömür” adlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.Həmçinin tədbirlərdə şagirdlər tərəfindən hazırlanmış sərgi nümayiş etdirilib.

Keçidlər