“44 gün-Tarixi zəfər” adlı ensiklopedik toplunun təqdimatı olub
Azərbaycan Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı Vətən müharibəsində və antiterror əməliyyatlarında həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə “44 gün-Tarixi zəfər” adlı ensiklopedik toplunun 4 cilddən ibarət bütün cildləri çap olunmuşdur.
Gəncə şəhərində keçirilən tədbirdə kitabın II, III və IV cildlərinin təqdimatı olub.
Naftalan şəhəri üzrə Şəhid Bəhruz Quliyevin anası Möhtərəm xanım Quliyeva və Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Hüseynova tədbirdə iştirak ediblər.
Naftalan ŞİH başçısının müavini çıxış edərək bildirib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qazandığı tarixi Zəfərin gələcək nəsillərə çatdırılmasında bu cür kitabların xüsusi əhəmiyyəti var.
Şəhid Bəhruz Quliyevin anası Möhtərəm xanım Quliyevaya kitab təqdim olunmuş və xatirə şəkli çəkilmişdir.















