Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan məktəblisi “Ən yaxşı təqdimat” müsabiqəsi qalibi oldu

05 may 2016 | 16:00

Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirinin 10.03.2016-cı il tarixli 137 nömrəli əmrini rəhbər tutaraq ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Ulu öndərə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmişdir.
       Şəhər mərhələsinin qalibi İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin IX b sinif şagirdi Fərəcova Səyyarə Elçin qızı 05.04.2016-cı il tarixdə Təhsil Nazirliyində keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak etmişdir. 05.05.2016-cı il tarixdə “Gülüstan” sarayında Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Fərəcova Səyyarə Elçin qızı müsabiqədə II dərəcəli diplomla təltif olunmuşdur.
        O, Respublika Təhsil Nazirinin II dərəcəli diplomu və müxtəlif qiymətli hədiyyə ilə  mükafatlandırılmışdır.

Keçidlər