Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Heydər Əliyev Mərkəzinin qonaqları Naftalan şəhər məktəbəqədər təhsil müəssisəsinin uşaqları oldular

05 may 2016 | 16:00

Naftalan şəhər körpələr evi-uşaq bağçasının sevimli balacaları Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, abidə önündə  Azərbaycanın  himnini  oxuyaraq,  vətənpərvərlik mövzusunda  şerlər söylədilər.
     Sonra Heydər Əliyev Mərkəzinə   gələrək  Ulu Öndərin  zəngin həyat  və fəaliyyətini  əks etdirən  eksponatlarla və fotolarla  tanış oldular. Burada Mərkəzin bələdçisi tərəfindən balacalara  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ömür yolu, siyasi fəaliyyətini özündə əks etdirən eksponatlar, kitablar və fotolar haqqında ətraflı məlumat verildi.
      Sonda uşaqlar  xatirə  şəkli  çəkdirib Mərkəzdən xoş ovqatla ayrıldılar.

Keçidlər