Naftalan şəhərində 7 min 20 nəfər tibbi müayinədən yararlanıb
Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərində də Səhiyyə Nazirliyi tərəfindən əhalinin tibbi müayinədən keçirilməsi uğurla yekunlaşıb. Keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxana lazımı avadanlıqlarla təchiz olunmuş, vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılmışdır.
Həmçinin xəstəxanaya gələ bilməyən yaşlı və əlil insanlara evlərində tibbi xidmət göstərilib. Bu məqsədilə tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Sağlamlıq aksiyasının mütəşəkkil keçirilməsi məqsədilə ətraf rayonlardan peşəkar həkimlər də cəlb olunmuşdur.
Bu günə qədər 7020 nəfərin müayinələrdən keçməsi təmin olunub, onlardan 6575 nəfərində hər hansı bir xəstəlik aşkar edilməyib, 358 nəfərə ambulator, 85 nəfərə isə stasionar müalicə təyin olunub. Həmçinin 2 nəfər müalicə üçün Bakı şəhərinə göndərilib.