Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı çoxmənzilli yaşayış binalarının dəhlizində aparılan təmir işlərinin gedişi ilə tanış olub.

13 aprel 2016 | 16:00

Azərbaycan Respublikası Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin reallaşması nəticəsində ölkənin bütün bölgələri kimi, Naftalan şəhəri də sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar qazanmış, şəhərdə tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Naftalan şəhərinə aid bəndlərinin icrası ilə əlaqədar mühim işlər görülmüş və bu gün də davam etdilrir.
     Şəhərdə başlanılan yenidənqurma işləri çərçivəsində artıq uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının fasadında və dam örtüyündə  aparılan əsaslı təmir işləri tam başa çatdırılıb, şəhərdaxili və binadaxili bütün kommunikasiya sistemləri yenisi il əvəz edilib. Həmçinin şəhərin bir hissəsində  çoxmənzilli yaşayış binalarının həyətində və küçələrdə bərpa və abadlıq işləri də yekunlaşdmışdır.
     Hazırda çoxmənzilli yaşayış binalarının giriş və mərtəbələrində təmir işlərinə başlanılıb. 
   13 apreldə şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qeyd olunan işlərə yerində baxış keçirmiş, iş icraçılarına və digər məsul şəxslərə müvafiq tapşırıqlarını vermişdir.

Keçidlər