Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan öz şəhidini izdihamla yola saldı.

11 aprel 2016 | 16:00

Cəbhənin Goranboy rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan ordusunun zabiti  Bayramov Vaqif Dilqəm oğlu bu gün böyüyüb boya-başa çatdığı Naftalan  şəhərində izdihamla son mənziilə yola salınmışdır.
    Dəfn mərasimində Naftalan Şəhər  İcra Hakimiyyətinin Başçısı Natiq Aslanov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, şəhər ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları, minlərlə insan iştirak etmişdir.
    Şəhidin cənazəsi şəhər qəbiristanlığında yaylım atəşi açıldıqdan sonra torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Şəhidin tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.
      Allahdan şəhidimizə rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin!

Keçidlər